Əməkdar artist İLK DƏFƏ AÇIQLADI: “Ən yaxın adamımdan zərbə aldım”
“Ən yaxın olduğum adam belə mənə arxadan zərbə vurdu”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva “Qonaqcanlı” verilişində deyib.
Sənətçi qarşılaşdığı dost xəyanətlərindən sonra ətrafını təmizlədiyini bildirib:
“Əhatəni təmizləmək çox yaxşı işdir. Mən əhatəmi elə qəşəng təmizləmişəm ki… Yavaş-yavaş hamısını sınadım, hamısını gördüm. Ən yaxın olduğum adam belə mənə arxadan zərbə vurdu. Hələ onda həyat yoldaşım sağ idi. O, məni çox sakitləşdirirdi. O, mənim atam, dədəm, anam, qardaşım idi. Biz həyat yoldaşı olmaqla bərabər, o, həm də dostum idi”.
Nehru













