!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist İNÇİKLİYİNDƏN DANIŞDI: “Məni təqdimata dəvət etmədiyinə görə…”

!Reklam – Yazi

“Ona qarşı ürəyimdə qırğınlığım oldu. Dedim, sən istəsən, məni o tədbirə sala bilərdin, amma salmadın…”.

Yenicag.az xəbər verir kt, bu sözləri müğənni Əməkdar artist Vasif Məhərrəmli deyib.

Sənətçi illər öncə hələ sənətə yeni gəldiyi və tanınmadığı vaxtlarda prodüser Asif Kərimovla aralarında yaşanan inciklikdən danışıb:

“Yumurtadan yenicə çıxmış cücə kimi hələ formalaşmağa başlayırdım. Məşhur deyildim, “Bakılı qız” mahnısını oxuyan bir oğlan kimi tanınırdım. Həmin ərəfədə gözəl otellərin birində Mətanət İsgəndərlinin albom təqdimatı keçirilirdi. Gözləyirdim ki, məni də ora dəvət edəcəklər və hətta o təqdimatda çıxış edəcəyimi düşünürdüm. Nə məni həmin tədbirə dəvət etdilər, nə də çıxışım oldu. İçimdə prodüser Asif Kərimova qarşı çox qırğınlığım oldu. Bu hadisənin üstündən bir müddət keçəndən sonra ona dedim ki, sən istəsən məni də o tədbirə sala bilərdin. Dedi, əlbəttə sala bilərdim, amma salmadım. Çünki istəmədim mənim ifaçım orada yamaq kimi görünsün. Sonra mən papağımı qarşıma qoyub fikirləşdim ki, düz edib. İlhamə Quliyeva, Flora Kərimova kimi sənətkarların qatıldığı o tədbirə qatılsaydım, deyəcəkdilər ki, bu, Asifə görə burdadır. Bax, əsl prodüser belə olar”.

Cəvahir

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv