“Anama deyirdim, toydan gətirdiyim qazancdan atamın pulunu ayır, apar qoy yastığının altına…”
Bu sözləri Yenicag.az-a açıqlamasında xanəndə, Əməkdar artist Cabir Abdullayev deyib.
O, keçmişi ilə bağlı danışıb və yeniyetmə vaxtlarından toylara gedib, pul qazandığını və ailəsinə kömək etdiyini bildirib:
“Kasıb ailədə böyümüşəm, ailədə çətinliklərimiz çox olub. Çox erkən yaşlarımda toylara gedib, pul qazanıb, ailəmə dəstək olmuşam. Yadımdadır ki, ilk dəfə toya gedəndə heç pul da vermədilər. Həmin toyda o qədər yorulmuşdum ki, gecə evimizin qabağında yerləşən stadionda yuxuya getmişdim. Toydan verilən pulları anama verirdim. Anama deyirdim, atamın pulunu ayır, yastığının altına qoy”.
Cəvahir
www.yenicag.az