Əməkdar artist QƏHƏRLƏNDİ: “Onun itkisi ilə bir parçamızı itirdik”

media-hightechnic-468x90

“Çünki o, bizim bir parçamız idi. Onun itkisi ilə özümüzün də bir parçamızı itirmişdik. Ruhu şad olsun”.

Bunu Əməkdar artist Ayşad Məmmədov bu gün doğum günü olan mərhum rejissor Hüseynağa Atakişiyevlə bağlı fikirlərini Yenicag.az-a bölüşərkən deyib.

media-93546

O, özünə ustad saydığı və hər zaman “müəllim” deyə müraciət etdiyi rejissoru belə yad edib:

“Allah müəllimin ruhunu şad etsin. “Müəllim” hər kəsə deyiləcək söz deyil. Hüseynağa Atakişiyev müəllim sözünü çox yüksəklərə qaldırdı, o, əsl müəllim idi, hamımızın müəllimi idi. Onun əlindən su içən çox aktyorlar olub, bu gün onların əksəriyyəti tanınmış simalardır. Hər dəfə tamaşa hazırlayanda, rol üzərində işləyəndə, fikirləşirəm ki, Hüseynağa müəllim bunu belə edərdi, belə deyərdi. Onun bir kəlməsi rolun səhnə həlli üçün bəs edirdi. Hüseynağa müəllimin şəkli evin yuxarı başındadır. Onu ailəmiz də, aktyorlar da tez-tez yada salırıq. Çünki o, bizim bir parçamız idi. Onun itkisi ilə özümüzün də bir parçamızı itirmişdik. Ruhu şad olsun”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa