“Simamı qoruyub saxlamasaydım, 60 yox, 160 filmə çəkilərdim”.
Bu sözləri tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Aktyor yerli seriallara çəkilməməsinin səbəblərini açıqlayıb.
O, dəvət almadığını və müəyyən səbəblər üzündən kənarda qaldığını təəssüf hissi ilə bildirib:
“Bu saat elə zəmanəyə gəlib çatmışıq ki, hərə öz “kruqunu” çəkir, biz də qalmışıq qıraqda. Televizorda nümayiş olunan yerli seriallara baxıram, hər şeyi görürəm. Rejissora baxan kimi bilirsən ki, çəkdikləri kimlərdir. Tutaq ki, rejissor gəncəlidirsə, Gəncə aktyorlarını çəkir. Fərqi yoxdur, obraza uyğun gəlir, ya gəlmir. Heç bu barədə danışmağın da mənası yoxdur, özümüz deyib, özümüz eşidirik. Elə şeylər var ki, mənlik deyil. Mən simamı qoruyub saxlamasaydım, 60 yox, 160 filmə çəkilərdim. Gedərdim rejissora yalvarardım, ağız açardım, qonaqlıq verərdim, məsələni həll edərdim. Amma bunu etməmişəm, şəxsiyyətimi qoruyub saxlamışam, sənətimə dəyər vermişəm”.
Cəvahir
www.yenicag.az