Əməkdar artistdən ÖZÜNƏ QADAĞA: “Borc verib düşmən olmaqdansa...”
“Borcu verib pis olunca, ən yaxşısı, vermə, pis ol”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Bəsti Sevdiyeva “Rəngarəng” verilişində deyib.
O, heç kimə borc verməyəcəyi barədə özünə söz verdiyini bildirib:
“Düz deyirlər ki, “borcu verib pis olunca, elə vermə, pis ol”. Mən bir adamdan 10 manat borc alsam, həmin gecə yata bilmərəm. Bu, bir vicdan məsələsidir. Amma hamı belə deyil.
Özümə söz vermişəm heç kimə pul verməyəcəyəm, nə də pul almayacağam. Çünki verib pis olursan, nəinki pis olursan, düşmən olursan”.
Nehru