!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT İRAD: “Verilişə çıxırsan, deyir, muğamı qısa elə, şən mahnı oxu”

!Reklam – Yazi

“Bu gün özbək və digər ölkələrin ritmləri dəbdədir. Verilişə çıxırsan, deyir, muğamı qısa elə, şən mahnı oxu”.

Yenicag.az xəbər verir ki, bunu müğənni, Əməkdar artist Nigar Şabanova deyib.

Son vaxtlar musiqidə yad ritmlərin olduğundan narahatlığını dilə gətirən sənətçi muğama tələbatın azaldığını təəssüf hissi ilə bildirib:

“Bilsəydim, musiqi bu günə qalacaq, heç İncəsənət Universitetinə daxil olmazdım. Musiqi təhsili almaz, gedib başqa bir sahə ilə məşğul olardım. Əlimdə başqa bir sənətim olardı. Bilsəydim, bu gün məcburən qazanc üçün mahnı oxuyacam, elə başqa janra üz tutardım.

Muğama tələbat azalıb. Xanəndəliyə ehtiyac yoxdur. Bu gün özbək və digər ölkələrin ritmləri dəbdədir.Verilişə çıxırsan, deyir, muğamı qısa elə, şən mahnı oxu. Baxırsan ki, muğam oxumağa dəymir. Çünki muğamı iki dəqiqənin içərisinə sığışdırıb heç edəcəmsə, o muğamdan əsər-əlamət qalmayacaqsa, mən o muğamı niyə oxuyum?

Digər kanallarda bəzi verilişlər var ki, müəllim tələbələrə muğamın şöbələrini öyrədir. Öyrətmək yox, insanlara hüzur vermək lazımdır ki, muğam dinləyib istirahət edə bilsinlər. Pakistanda televiziya proqramlarını izləyirəm. Orada canlı efirlərdə muğamla elə sintezlər edilir ki, adamın bir anlıq ağlı gedir. Bizdə də canlı verilişlər olarsa və orada muğam digər janrlarla sintez olunub təqdim edilərsə, saatlarla o musiqini dinləyərlər. Mən özüm böyük məmnuniyyətlə edərəm”.

Müğənni bu sözləri “Gül kimi şou”da deyib.

Nehru

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv