Əməkdar artistdən SƏRT QINAQ: “Bu, aparıcıya qarşı hörmətsizlikdir”
“Heç vaxt getdiyim verilişlərdə aparıcı ilə şərt kəsməmişəm, deməmişəm, filan müğənni orada olsa, mən gəlməyəcəyəm”.
Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni, Əməkdar artist Rəhilə Bəndəliyeva deyib.
O, “verilişlərə gedərkən qonaqların kimliyi ilə maraqlanırsınızmı” sualını cavablandırıb:
“Heç vaxt getdiyim verilişlərdə aparıcı ilə şərt kəsməmişəm, deməmişəm, filan müğənni orada olsa, mən gəlməyəcəyəm. Yaxud da soruşmamışam ki, o verilişdə kimlər olacaq? Aparıcının işinə niyə müdaxilə edim ki? Hesab edirəm ki, ondan qonaqların kimliyini soruşmaq, ya da onunla şərt kəsmək aparıcıya qarşı hörmətsizlikdir. İstənilən adamla eyni verilişlərdə oluram. Necə deyərlər, “çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə”. Mən də dəvət olunduğum hər verilişə gedirəm. Amma heç vaxt qalmaqal, dedi-qodu etmirəm, bunu özümə, sənətimə yaraşdırmıram. Qalmaqal mənlik deyil. Sənət barədə danışa bilərəm, bir də oxuyaram. Bunu bildikləri üçün heç aparıcılar da mənə qalmaqallı suallar vermirlər”.
Cəvahir