Əməkdar artistdən XƏBƏRDARLIQ: "Amandır, səsinizi çıxarmayın"

media-hightechnic-468x90

“Tanımadığınız heç kimin zəngini açmayın, zəng olanda səsinizi çıxarmayın, kartınızın rəqəmlərini heç kimə verməyin, amandır”.

Yenicag.az xəbər verir ki, bu sözləri əməkdar artist Kubra Əliyeva “Elgizlə izlə” verilişinin canlı yayımında deyib.

Aktrisa kiberdələduzlarla bağlı insanlara səslənib, onları ehtiyatlı olmağa çağırıb:

“Bu yaxınlarda telefonuma dalbadal zənglər gəldi. Baxdım nömrələrə, gördüm xaricdən gələn zənglərdir. Blokladım, yenidən başqa nömrələrdən zəng gəldi. Açdım, dedi mən Ukraynadan zəng edirəm, səsi də qırıq-qırıq gəlirdi. Tez “otboy” etdim. Getdim bankomata kartımdan pulumu çıxarmağa, göstərdi ki, büdcənizdə pul yoxdur.  Elə bildim kartımdan pullar çəkilib. Sonra telefonuma baxdım ki, pullar kartımdadır. Sevindim, dedim Allah sənə şükür”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa