!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artisti qınadılar: “Arağa görə adam arvad boşayar?”  

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktyor Fizuli Hüseynov oynadığı bir neçə obrazlara görə həyatda qınaqlara tuş gəldiyini deyib.

Yenicag.az-a açıqlama verən aktyor ən çox iki obrazına görə tənqid olunduğunu bildirib:

“Orxan Kamalın “Yad qızı” əsərinin motivləri əsasında hazırlanmış tamaşada oynadığım Məzhər obrazı cəmiyyətdə birmənalı qarşılanmadı. Getdiyim yerlərdə hər kəs məni “100 qram arağa görə adam arvad boşayar?” deyə açıq şəkildə qınayır, ikrah hissi ilə baxırdılar. Anlatmağa çalışırdım ki, o sadəcə obrazdır, mən Məzhər deyiləm. “Təhminə” filmindəki Spartak da başımın bəlası oldu. Spartak filmdə bütün problemləri bir anın içində həll edən yaxşı oğlan kimi tanınır. Həyatda da əksər insanlar günü bu günə qədər mənə yaxınlaşıb, kömək istəyir və problemlərinin həll olunması üçün xahiş edirlər. Elə bilirlər ki, mən bir kəlmə sözümlə bütün problemləri həll edə bilərəm. O adamlara başa salıram ki, mən Spartak deyiləm, sadəcə aktyor kimi onun obrazını canlandırmışam. Başa düşən üzrxahlıq edib gedir, anlamayanlarsa israr edir… Əslində, biz aktyoruq və bu da bizim taleyimizdir”.

Cəvahir

www.yenicag.az

4695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv