Əməkdar jurnalist: “Müstəqilik əldə ediləndən sonra ilk növbədə İsraillə əlaqə qurulub”
“Biz keçmişlə yaşamırıq, gələcəyə birgə baxış bucağı formalaşdırırıq”.
Yenicag.az xəbər verir ki, bunu Əməkdar jurnalist Faiq Hüsiyev deyib.
O, Vaqif Abdullayevin “Dostumuz müttəfiqimiz” kitabının təqdimat mərasimindəki çıxışı zamanı bildirib ki, İsrail və Azərbaycan xalqını birləşdirən əsas amil gələcəyə baxışdır.
“Biz keçmişlə yaşamırıq, gələcəyə birgə baxış bucağı formalaşdırırıq. Müstəqilik əldə ediləndən sonra ilk növbədə İsraillə əlaqə qurulub. Ulu Öndər Heydər Əliyevin bu uğurlu siyasi kursunu Prezident İlham Əliyev indi uğurla və layiqincə davam etdirir. Bir sözlə, İsrail və Azərbaycan arasındakı münasibətlər daim yüksələn xətlə inkişaf edir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli