Əməliyyat: 10 kiloqramdan artıq narkotik aşkarlandı

media-hightechnic-468x90

emeliyyatNarkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri – Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

M.Mehrəliyevin idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600