Müğənni Mənzurə Musayeva estetik əməliyyatdan sonra nəticədən narazı qalıb.
Yenicag.az xəbər verir ki, üzgərmə əməliyyatı etdirən sənətçi “Elgizlə izlə” verilişində həkimindən şikayətlənib:
“Əməliyyatdan iki ay keçmiş mənə deyir ki, üzünə botoks etdir. Niyə? Mən üzgərmə etdirdim ki, botoksdan, zir-zibillərdən canımı qurtarım, heç olmasa, bir il rahat yaşayım. Yenidən haramasa dolğu, botoks etdirəcəyəmsə, onda daha nəyimə lazım idi bu prosedur?! Həkimə də dedim, üzümü çox dartma. Üzgərməyə getdim ki, heç olmasa, bir il rahat oturum. İndi isə heç üç ay keçməmiş, deyir ki, get, alnına botoks etdir”.
Nehru
www.yenicag.az