Emin Əmrullayev 9 milyon manatlıq tender ELAN ETDİ – Elm və Təhsil Nazirliyinin yeni YARIŞI
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublika üzrə təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərinin satınalması ilə bağlı iri həcmli tender elan edilib.
Yenicag.az 32gun.az-a istinadla xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 9.110.333,20 manat təşkil edir.
Layihə çərçivəsində ölkə üzrə müxtəlif təhsil müəssisələrində istilik, su, elektrik və digər mühüm kommunikasiyaların yenilənməsi, həmçinin əsaslı və cari təmir işlərinin aparılması nəzərdə tutulur.