Emin Əmrullayevin kadrından 26 milyonluq YEYİNTİ – İlhamə Abdullayevanın sərvəti və qohum MONOPOLİYASI

media-hightechnic-468x90

Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva 26 milyonluq yeyintidə ittiham olunur.

Yenicag.az “AnXeber.az”a istinadla xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Arifə Əliyeva məlumat yayıb.

Məlumata görə, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanan məlumatlarda qeyd olunub ki, maliyyə pozuntuları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki 103 ümumi təhsil müəssisəsi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

İddialara görə, İ. Abdullayeva rəhbərlik etdiyi dövrdə yalnız maliyyə pozuntuları ilə deyil, şəxsi dəbdəbəsi ilə də diqqət çəkib. Bildirilir ki, onun övladına Bakının “Elite Event Hall şadlıq sarayında dəbdəbəli toy mərasimi təşkil edilib, o cümlədən İsveçrəyə səfər edərək cehiz aldığı da məlum olub. Həmçinin, Xırdalan şəhərinin “Kristal-1” yaşayış kompleksində İ. Abdullayevaya məxsus şəxsi gözəllik salonunun fəaliyyət göstərdiyi, onun bura tez-tez xidməti avtomobillə gəldiyi bildirilir.

Həmçinin iddialara görə, bu vəziyyətin arxasında onun dayısı – “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov dayanır. Həmçinin X. Göyüşovun qardaşı Qədim Göyüşovun da hazırda həmin idarədə məsləhətçi vəzifəsində çalışdığı vurğulanır.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600