Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ən bahalı haker xidməti hansıdır?

Bankomatlar üçün zərərli proqram təminatının yaradılması “gizli” internetdə ən bahalı haker xidmətidir.

Yenicag.az xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan “Positive Technologies” şirkətinin tədqiqatında deyilir.

Tədqiqata görə, hazırda zərərli proqram təminatının yaradılması üçün xidmətlərə tələbat təklifi 3 dəfə üstələyir.

İnternetin “gizli” seqmenti platformalarında satılan müxtəlif alət və xidmətlərin minimal və orta dəyərini qiymətləndirən mütəxəssislər belə qənaətə gəliblər ki, ən bahalı kiberməhsul bankomatlara məntiqi hücumların həyata keçirilməsi üçün zərərli proqram təminatıdır. Bu sinfə aid hazır zərərli proqram təminatının qiyməti 1,5 min dollardan başlayır.

Şirkətin məlumatına görə, cinayət xarakterli kiberxidmətlər bazarında əsas tələbat zərərli proqram təminatının hazırlanması və yayılması ilə əlaqədar xidmətlərədir (55 faiz). Bundan başqa, kriptomaynerlər (20 faiz), haker utilitləri (19 faiz), botnetlərin yaradılması üçün zərərli proqram təminatı (14 faiz), məsafədən müdaxilə üçün troyan proqramları və fırıldaqçı troyanlar (hər birinin payı 12 faiz təşkil edir) geniş yayılıb.

Ekspertlər qeyd edir ki, “gizli” internetdə müdaxilələr üçün sifarişlərin əksər hissəsi saytlarda boşluqların axtarışına (36 faiz) və elektron poçt parollarının ələ keçirilməsinə (32 faiz) aiddir. Təklif olunan xidmətlər arasında sosial şəbəkə (33 faiz) və elektron poçt (33 faiz) hesablarına müdaxilə liderlik edir. “Positive Technologies” analitikləri bu nəticələri insanların digər istifadəçi yazışmalarını ələ keçirmək istəyi ilə izah edirlər./ICTnews/

www.yenicag.az

1388
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS