!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən çox ələ keçirilən PAROLLAR

!Reklam – Yazi

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqiqatın nəticələrini dərc edib.

Yenicag.az “İctnews”a istinadən xəbər verir ki, siyahıda birinci yeri dünyada 23,2 milyon qurbanın hesabında istifadə edilən 123456 parolu tutub.

Sonrakı yerlərdə 123456789 (7,7 milyon), “qwerty” (3,8 milyon), “password” (3,6 milyon) qərarlaşıb. Liderlər beşliyini 3,1 milyon qurban tərəfindən quraşdırılan 1111111 parolu tamamlayıb.

Həmçinin ən çox müdaxilə edilən parollar iyirmiliyinə 12345678 (2,9 milyon), “abc (123 milyon), 1234567 (2,5 milyon), “password1” (2,4 milyon), 12345 (2,3 milyon), 1234567890 (2,2 milyon), 123123 (2,2 milyon), 000000 (1,9 milyon), “iloveyou” (1,6 milyon), 1234 (1,3 milyon), 1q2w3e4r5t (1,2 milyon), “Qwertyuiop” (1,1 milyon), 123 (1,02 milyon), “Monkey” (980 min), “Dragon” (968 min) daxildir.

Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri tərəfindən belə parollardan istifadə etməmək, istifadə edildiyi halda isə dəyişmək tövsiyə edilir. Onlar, həmçinin parol qismində 3 təsadüfi sözdən, eləcə də müxtəlif registr, rəqəm və simvolları özündə birləşdirən mürəkkəb parollardan istifadəni məsləhət görürlər. Bundan başqa, təhlükəsizliyi ikifaktorlu autentifikasiya vasitəsilə artırmaq mümkündür.

COP29

www.yenicag.az

19437
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv