Ən iri aviabaza üsyançılardan geri alındı

скачанные файлыYəməndə hökumət qüvvələri ölkənin ən iri aviabazası olan Əl-Anad husi üsyançılarından əlindən geri alıblar.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu hökumət qüvvələrinin sözçüsü Nasr Alkaid bildirib.

Onun sözlərinə görə, aviabazadan 4 km aralıda üsyançılara qarşı əməliyyat hələ də davam edir.

İddialara görə, aviabazanın ələ keçirilməsi ilə hökumət qüvvələrinin Yəmənin üçüncü ən böyük şəhəri olan Taizə gedən yolda əsas maneə aradan qalxır.

Xatırladaq ki, Əl-Anad aviabazası vaxtilə ABŞ-ın “Əl-Qaidə” terror qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar zamanı istifadə olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri silah sursat və hava əməliyyatları vasitəsilə hökumət qüvvələrinə yardım edir. Ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq olan üsyançılar isə ölkədəki korrupsiya və ayrıseçkiliyə qarşı mübarizə apardıqlarını deyirlər.