Ən uzunömürlü yazıçı

media-hightechnic-468x90

002e2d086fb9_ee1f9f67446c91efdeea714edbe1aacfDünyanın ən uzunömürlü yazıçısı adına sahib olan 113 yaşlı amerikalı Bernando LaPallo uzun yaşamağın sirrlərini açıqlayıb. “Az Yaşlan/Çox yaşa” adlı kitabın yazıçısı olan LaPallo 1901-ci ildə Braziliyada doğulub. 5 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, xüsusi qidalanma rejimi sayəsində 113 yaşında belə təqaüdə yeni çıxan yaşlı bir kişiyə bənzəyir.

Amerikalı yazışı ölkəni gəzərək sağlam yaşamaqla bağlı mühazirələr oxuyur. Onun sözlərinə görə, insan nə yeyərsə odur. Belə ki, təbii meyvə tərəvəz yeyən, bol su içən, müntəzəm olaraq yürüyüş edən LaPallo beynini gənc saxlamaq üçün kitab oxuyur, dama oynayır, krasvord həll edir.

Fövqəladə hal olmadıqda ən geç saat 21.30-da yatıb, səhər 03.30-04:00-da qalxır. Ən çox sevdiyi qida isə zeytunyağı, sarımsaq, darçın, bal və şokoladdır. O, duşdan sonra insanlara dərilərinə nəmləndirici krem yerinə zeytunyağı sürtməyi tövsiyyə edir. Bu dərini qırışlardan qoruyur.

Qaraciyər və bağırsaqları təmiz saxlamaq lazımdır. Bu sağlam həyat üçün vacibdir.

Onun sözlərinə görə, nənəsi 107, anası 105, atası isə 99 il yaşayıb. Ana tərəfdən 89 yaşından tez ölən olmayıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600