“Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” layihəsinin icrası başa çatdı

media-hightechnic-468x90

Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihənin icrasını uğurla başa çatdırmışdır.

Yenicag.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan dövlətçiliyinə, milli maraqlara və ictimai sabitliyə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı elmi-analitik yanaşmalar formalaşdırmaq, həm ənənəvi, həm də rəqəmsal mediada yayılan ideoloji təsirlərin tənqidi təhlilini aparmaq olmuşdur. Bu təşəbbüs ictimaiyyətin maarifləndirilməsinə və informasiya təhlükəsizliyi sahəsində biliklərin artırılmasına xidmət etmişdir.

Layihə çərçivəsində, xüsusilə gənclərin və media istifadəçilərinin informasiya savadlılığını artırmaq, onları dezinformasiyaya qarşı daha hazırlıqlı və ayıq düşüncəli olmağa təşviq etmək əsas hədəf kimi müəyyənləşdirilmişdir.

Bu təşəbbüs Azərbaycan cəmiyyətinin mənəvi və siyasi dayanıqlığının gücləndirilməsinə, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan informasiya mühitinin sağlamlaşdırılmasına dəstək məqsədi daşımışdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa