Ər hər iki həyat yoldaşını öldürdü

media-hightechnic-468x90

e06b5ed21d6c362ff3b93cbd9137abedGəncədə 3-cü həyat yoldaşını öldürən şəxsin 10 il bundan əvvəl 2-ci arvadını da qətlə yetirdiyi məlum olub.

Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən ilin dekabrın 19-da həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Bağban qızı Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 1963-cü il təvəllüdlü Vidalət Təbriz oğlu İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, V. İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Akif qızı Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.

Qeyd edək ki, V. İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600