Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Amerikada belə qarşılandı – Fotolar

thumbs_b2_0ae71ca6c03ferfTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona yollanıb.

Vaşinqtonda otel qarşısında prezident və xanımı Əminə Ərdoğanı bir qrup insan qarşılayıb. Onlar Ərdoğana Suriya qaçqınlarını müdafiə etdiyi üçün təşəkkürlərini ifadə ediblər. Ərdoğanın şərəfinə “Ədalətsizliyə qarşı səsinizi ucaltdığınız üçün çox sağ olun”, “Böyük Türkiyə, böyük lider Ərdoğan”, “Xoşgəldin, ən namuslu insan”, “Xalqın adamı, xoş gəldin”, “Biz Ərdoğanı sevirik” kimi posterlər ucaldılıb.

Qeyd edək ki, Ərdoğan 31 Mart-1 Aprel tarixlərində Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammitinə qatılacaq.(Aznews)

www.yenicag.az

822