Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

media-hightechnic-468x90

ereeTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Ərdoğan bildirib ki, Türkiyə Xocalı şəhidlərini rəhmətlə anır: “Azərbaycan xalqına səbr diləyirik”.

Ötən gün isə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı haqqında danışarkən hadisəni törədənləri lənətləyib.

“Soyqırımın 24-cü ildönümü qeyd olunacaq. Biz yenidən Xocalı soyqırımını törədənləri lənətləyirik”, – Çavuşoğlu bildirib.

Soyqırım 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Həmin gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.

Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı olub.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

media-ziraat-728x90

Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

media-hightechnic-468x90

14248833422981417988_750x500Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Yenicag.az AzerTac-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.

Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600