Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayının 10-da Azərbaycana səfər edəcək.
Bu barədə Yenicag.az-a Türkiyə Prezidentinin iqamətgahından məlumat verilib. Məlumatda Ərdoğanın Azərbaycana qısa səfər edəcəyi bildirilib. Bakı səfərindən sonra Ərdoğan NATO toplantısında iştirak etmək üçün Brüsselə gedəcək.
Səfər Türkiyə prezidentinin proqramından dolayı çox qısa olacaq və simvolik xarakter daşıyır. Məqsəd Ərdoğanla Əliyevin təməlini qoyduqları ənənənin davam etməsidir.
www.yenicag.az