!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Biz Suriyadakı oyunları pozuruq”

!Reklam – Yazi

Türkiyəni terrora dəstəkdə ittiham etmələrinin səbəbi Suriyadakı oyunu pozmağımızdır.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı ilə əlaqədar, “Qardaşlıq Süfrəsi İftarı” adlı, mərasimdə vətəndaşlarla görüşündən sonra bildirib.

“Türkiyədə 3 milyondan artıq suriyalı və iraqlı qaçqın var. Dünya dövlətləri 725 milyon dollarlıq dəstək verib. Türkiyə isə bu işə ümumilikdə 30 milyarda yaxın məbləğdə dollar sərf edib. Başqa ölkələrdən dəstək gəlsə də, gəlməsə də, biz bu işimizi davam etdirəcəyik”, – Ərdoğan qeyd edib.

“On illərdir, digər ölkələrə hüquq və demokratiya dərsi verən Qərb dövlətləri Suriya xalqının demokratiya, haqq, azadlıq tələblərinə arxa çevirirlər. Regionumuzdakı qeyri-sabitlikdən faydalananlar, bizim hər platformada haqqı və ədaləti dəstəkləməyimizdən narahat olurlar. Ölkəmizə qarşı qaralama və iftira kampaniyalarının səbəbi məhz budur. İŞİD terroruna qarşı ən böyük mübarizəni aparan, bu təşkilata ən böyük itkini verdirən Türkiyəni terrora dəstəkdə ittiham etmələrinin səbəbi Suriyadakı oyunu pozmağımızdır”, – deyə Ərdoğan vurğulayıb.

Ərdoğan PYD/YPG-nin hücumları davam edəcəyi təqdirdə “Fərat qalxanı”na bənzər əməliyyatın başlayacağını söyləyib: “Çox təəssüf ki, bəzi strateji tərəfdaşlarımız terror təşkilatları ilə birlikdə hərəkət edirlər. PYD/YPG terror təşkilatıdır. Bunu onlar da bilməlidir. Əgər sabah onlar sərhədimizdə təhlükəli vəziyyətə gələrlərsə, onlara müdaxilə etmək üçün heç kimlə məsləhət aparmayacağıq”.

Qeyd edək ki, Türkiyə ordusu 24 avqust 2016 – 29 mart 2017 aralığında Suriya ərazisində İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatı həyata keçirmiş və sərhəd ərazilərini terrorçulardan təmizləmişdi.

Yenicag.az

COP29

www.yenicag.az

1008
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv