“478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib” – Kamran Əliyev

media-hightechnic-468x90

Azərbaycanda 2025-ci ildə 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 18 yaşına çatmayan 784 nəfər cinayət məsuliyyətinə cəlb olunub: “Bu göstərici digər ölkələrlə müqayisədə qənaətbəxşdir”.

Baş prokuror BMT-nin Uşaq Fondunun məlumatına istinadən dünyada hər 4 dəqiqədən bir uşaqların zorakılığa məruz qaldığını, yaxud öldürüldüyünü vurğulayıb:

“Ötən il 90 milyon uşaq cinsi zorakılığa məruz qalıb, 1,6 milyard uşaq isə evdə fiziki təzyiqlə üzləşib”.

K.Əliyev qeyd edib ki, 2024-cü ildən bu günədək prokurorluq orqanları tərəfindən valideynlik hüququndan məhrum etmə ilə bağlı 37 mülki iddia qaldırılıb: “Onlardan 35-i təmin edilib, ikisi isə baxılma mərhələsindədir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05