Reklam

Reklam

Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri başlayıb.

AzərTAc xəbər verir ki, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, energetika və təbii sərvətlər naziri Berat Albayraq, qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik, mədəniyyət və turizm naziri Nəbi Avcı, baş qərargah rəisi general Hulusi Akar daxildir.

Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Dövlət başçılarının iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması, regional problemlər, xüsusən Suriya məsələsi və terrorla mübarizə mövzuları ətrafında müzakirələr aparması planlaşdırılır.

Türkiyə prezidenti sazişlərin imzalanması mərasimindən və Vladimir Putinlə birgə mətbuat konfransından sonra naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 82
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."