!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Paşinyanla nələri müzakirə edəcək? – Nyu-Yorkda gözlənilən GÖRÜŞ

!Reklam – Yazi

“Türkiyə dövlətinin Ermənistana qarşı münasibəti hər zaman təmkinli olub və Türkiyə Ermənistanın ona qarşı yürütdüyü düşmən siyasətinə qarşı həmişə özünü böyük dövlət kimi aparıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

 

O, sabah Nyu-Yorkda start götürəcək BMT Assambleyasının 79-cu sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutması gözlənilən ikitərəfli görüşlə bağlı fikirlərini bölüşüb.

Politoloq qeyd edib ki, rəsmi Ankara Ermənistan vətəndaşlarının dolanışıq səbəbindən Türkiyədə yaşaması və işləməsinə şərait yaradıb:

“Türkiyə onlara heç bir təzyiq etməyib. Bu baxımdan da hesab edirəm ki, Ərdoğan və Paşinyanın Nyu-Yorkda BMT tədbiri çərçivəsində baş tutması gözlənilən görüşü də konstruktiv məcrada keçəcək. Türkiyə Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalanması durumunda sərhədlərin açılması və əlaqələrin bərpası şərtini irəli sürüb”.

A.Qasımov hesab edir ki, Ərdoğan Paşinyanla görüşdə ona əlaqələrin bərpası istiqamətində işlərə mane olan səbəblərin aradan qaldırılması üçün təkliflərini bildirəcək:

“Eləcə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasından sonra əlaqələrdən Ermənistanın nə qazana biləcəyini başa salacaq. Ermənistanın da bu əlaqələrdə maraqlı olduğu bəllidir. Paşinyan bu barədə dəfələrlə fikir bildirib. Bu görüş baş tutarsa, mənə elə gəlir ki, bundan sonra Türkiyə-Ermənistan arasında yaradılmış və uzun müddətdir fəaliyyətsiz qalan iki ölkə arasında normallaşma üzrə xüsusi nümayəndələrin da fəaliyyəti də bərpa oluna bilər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv