Ərdoğan populyar serialdan danışdı: “Nəvələrim hətta təkrarına da baxırlar”

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan 3-cü Milli Mədəniyyət Şurasındakı çıxışında ölkə gündəmini dəyərləndirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan müasir dövrün əsas problemləri sırasında mədəni aşınmanı da göstərib:

“Dövrümüzün ən böyük problemlərindən biri mədəni aşınmadır. Televiziyaların, internetin, xüsusilə də sosial şəbəkələrin mədəniyyətimizi sıradan çıxartmasına imkan verməyəcəyik.
Mədəniyyətimizdən qopsaq, hər şeyimizi itirərik, yox olarıq. Kimliyimizdən, insanlığımızdan, azadlığımızdan qopsaq, əriyib gedərik”.

Türkiyədə mədəniyyətin inkişafı üçün mühüm addımlar atıldığını deyən Ərdoğan TRT-nin fenomenal “Diriliş Ərtuğrul” tarixi serialını nümunə göstərib: “Keçmişdə “Osmançı”, “Quruluş” filmləri mühüm təsir yaratmışdısa, indiki vaxtda da “”Diriliş Ərtuğrul” serialı da ölkədə və xaricdə böyük maraqla izlənir. Mənim 6-7 və 13-14 yaşlı nəvələrim bu serialın təkrarına da baxırlarsa, deməli, bu uğuru əldə etmişik”.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600