!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Qafqaz İslam Ordusunun 100 illiyini birlikdə qeyd edəcəyik”

!Reklam – Yazi

“Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcəyik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri yerli jurnalistlərlə söhbətində Azərbaycana son səfərini dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşündə Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi imkanlarını müzakirə edəcək:

“Azərbaycanla 6 saziş imzaladıq. Enerji sahəsindən kənar, 1,6 milyard dollar həcmində olan ticarət dövriyyəmizi 5 milyard dollar səviyyəsinə yüksəltməyi düşünürük.

2018-ci ildə Qafqaz İslam Ordusunun yaradılmasının 100 illiyini birlikdə qeyd edəcəyik .

Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyik. Hörmətli Putinlə bu məsələni müzakirə edəcəm, çünki bir işlə məşğul olduqda, nəticə əldə etmək daha da asanlaşır”.

COP29

www.yenicag.az

1891
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv