Ərdoğan: “Suriyanın sərvətləri artıq xalqın rifahına yönəldilməlidir”
Suriyanın yeraltı və yerüstü sərvətlərinin artıq Suriya xalqının bütün təbəqələrinin rifahına yönəldilməsinin vaxtı çatıb.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisi Qrup Toplantısında deyib.
O, Suriyadakı yeni rəhbərliklə bağlı böyük gözləntilərin formalaşdığını bildirib.
“Türkiyə olaraq Suriyadakı inkişafları yaxından izləməyə davam edəcəyik. Suriyanın 14 ildir, həsrətini çəkdiyi sabitliyə və sülhə tez bir zamanda qovuşması ən böyük arzumuzdur. Bizim Suriya məsələsində mövqeyimiz ilk gündən bəri aydındır. Ərəb, türkmən, kürd fərqi qoymadan Suriyada bir nəfərin belə həyatını itirməsi bizim üçün öz canımızdan bir parçanın qopması deməkdir. Qardaş Suriya xalqı da hər şeyin ən gözəlinə layiqdir”, – Prezident qeyd edib.












