Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət etdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. O, həmçinin həmkarını Türkiyəyə dəvət edib./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600