Türkiyədə COVID-19-a qarşı peyvənd prosesi bu həftənin sonunda başlanacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasından sonra danışıb. O, bildirib ki, xəstəliyin və ağır xəstələrin sayının azalması ilə yanaşı, səhiyyə sisteminin yükü də azalıb.
“Gördüyümüz tədbirlər sayəsində epidemiyanın artım tempini ləngitməyə nail olduq. Bu irəliləyişi qorumaq üçün birlikdə çalışmalıyıq. Problemin birdəfəlik həllini tapana qədər həyatımızı qaydalara uyğun şəkildə davam etdirməyə məcburuq. Türkiyə dünyadakı bütün peyvəndlərin hazırlanması prosesini yaxından izləyir. Artıq ölkəmizə 3 milyon doza peyvənd gəlib. Əlbəttə ki, məhdudiyyətləri tədricən azaldacağıq”, – deyə Ərdoğan qeyd edib.
O bildirib ki, Türkiyədə peyvəndləmə cümə axşamı və ya cümə günü başlayacaq.
www.yenicag.az