!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Putin aviasiya və kosmos sərgisinin açılışında iştirak etdilər

!Reklam – Yazi

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Moskvada “MAKS-2019” aviasiya və kosmos sərgisinin açılışında iştirak ediblər.

Yenicag.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Rusiya paytaxtında işgüzar səfərdə olan Türkiyənin dövlət başçısı rusiyalı həmkarı ilə təkbətək görüş də keçirib.

Açılış mərasimində çıxış edən R.T.Ərdoğan qeyd edib ki, sentyabrın 2-də İstanbulda da TEKNOFEST aviasiya və kosmik texnologiyalar sərgisi keçiriləcək. Onun sözlərinə görə, ötən il keçirilmiş bu sərginin 550 mindən çox insan ziyarət edib. Builki tədbirə isə 1 milyondan çox ziyarətçinin gəlməsi gözlənilir. Türkiyə Prezidenti rusiyalı həmkarını da onun açılışına dəvət edib.

R.T.Ərdoğan diqqətə çatdırıb ki, hazırda Türkiyənin müdafiə sənayesi 2,5 milyard dollar həcmində məhsul ixrac edib. Əlavə edib ki, türk istehsalı olan T-129 ATAK helikopterlərinə maraq gündən-günə artır. Həmçinin Ankara beşinci nəsil hərbi təyyarələrin də istehsalına hazırlaşır.

V.Putin bildirib ki, bu sərgidə 210 hava gəmisi təqdim edilib. Aviasalonda 33 ölkədən 827 şirkət iştirak edir. Onun sözlərinə görə, cümə gününədək sərgi sifarişləri və 40 ölkənin nümayəndə heyətlərini qəbul edəcək. Sonra isə əhali üçün açıq olacaq və aviasalona 500 min insanın baxması gözlənilir.

Açılış mərasimindən sonra prezidentlər arasında geniş tərkibdə görüş keçirilib.

COP29

www.yenicag.az

2104
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv