Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AKP iclasında Yaxın Şərqdə baş verən sonuncu prosesləri dəyərləndirib.
Yenicag.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Yaxın Şərqdə baş verən hadisələrin yeni dünya nizamının qurulacağından xəbər verdiyini bildirib:
“Regionumuzdakı və dünyadakı proseslər əsrimizi formalaşdıracaq köklü bir nizamın yaranacağını göstərir. Yaxın Şərqdə olanlar təsadüfi dəyişikliklər deyil. Türkiyə Qurtuluş savaşından sonra bəlkə də ilk dəfə əvvəlcədən yazılmış ssenarilərdəki rolunu qəbul etməyərək, öz iradəsini ortaya qoyur. Millətimiz oynanılan oyunları dərk edir, güclü və böyük Türkiyə üçün əlindən gələni edir.”
Ərdoğan iclasda həmçinin, Bakı-Tiflis-Qars dəmiryolunun açılışının tarxi hadisə olduğunu da vurğulayıb.
www.yenicag.az