Ərdoğana görə serialdan ayrıldı
Türkiyənin “Samanyolu” telekanalında yayımlanan “Şəfqət təpə” serialının Kordon Cəlili Baş nazir Ərdoğana görə serialdan ayrılıb.
“Axar.az” türk mediasına istinadən xəbər verir ki, serialın əsas rol oyunçularından olan Kordon Cəlili canlandıran Ərtoğrul Şakar serialdan ayrılmaq üçün müraciət edib.
Ayrılma səbəbi olaraq isə serialın yayımlandığı “STV” kanalının Türkiyənin Baş naziri R.T.Ərdoğan və hökuməti hədəf alan tənqidi xəbərləri olub. Aktyor qeyd edib ki, telekanalın bu mövqedə dayanması onu narahat edir.