“ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlakı varsa, onların dondurulması barədə bu gündən tapşırıq verirəm”.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının V qurultayında deyib. O bildirib:
“ABŞ-ın sanksiya qərarı strateji ortaqlığa yaraşmır. Belə bir sanksiyanı qəbul etmək də mümkün deyil. Dünən axşamadək səbr etdik. Bu məsələdə ABŞ prezidenti Donald Trampı oyuna salıblar. Oyunu quranları da tanıyrıq. Bu oyunu cənab Trampın pozması lazımdır”,
Qeyd edək ki, Ağ ev Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə sanksiya tətbiq edib.
www.yenicag.az