Ərdoğanın Bakı səfəri açıqlaması

media-hightechnic-468x90

publika.az14096742791409672689Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində hava limanında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyəni iqtisadi münasibətlər, ümumilikdə qardaşlıq əlaqələri bağlayır.

Dövlət başçısı qeyd edib ki, Azərbaycana səfəri zamanı iqtisadi, siyasi, həmçinin ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.

R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, Cənubi Qafqazda sabitlik Türkiyənin xarici siyasətində prioritet məsələlərdən biridir.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyi həmişə dəstəkləyəcək: “Ankara Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600