!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəb dövlətləri Qaşıqçı hadisəsinə münasibət bildirib: "Siyasiləşdirilməməlidir"

!Reklam – Yazi

Ərəb Dövlətləri Liqası (ƏDL) səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməməyə çağırıb.

Yenicag.az xəbər verir ki, “ƏDL-ı bu işin siyasiləşdirilməsini, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsi yaradılmasını və ölkəyə qarşı hər hansı birtərəfli addımların atılmasını rədd edir.

ƏDL-ın açıqlamasında Kral Salman bin Əbdül Əziz Əl Saudun jurnalistin ölümü ilə bağlı işdə həqiqəti aşkar etmək niyyətinə və bütün lazımi hüquqi tədbirlərin görüləcəyinə əminlik bildirilib.

Qeyd edək ki, səudiyyəli jurnalistin ölümü ilə əlaqədar başlanılmış cinayət işi çərçivəsində 18 nəfər saxlanılıb, ümumi təhlükəsizlik xidmətinin rəhbərinin müavini və Vəliəhdin köməkçisi Əhməd Əsiri və krallıgın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən kənarlaşdırılıb.

COP29

www.yenicag.az

3140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv