!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni hərbçi dövlətə xəyanətə görə həbs edildi

!Reklam – Yazi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətdə şübhəli bilinən hərbçini saxlayıblar. 

Yenicag.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin 2021-ci ilin avqust-noyabr aylarında elan etdiyi 3 aylıq təlimlərində iştirak edən əsgər E.A. “Facebook” və  “WhatsApp” tətbiqləri vasitəsilə xaricə məlumat ötürüb.

Belə ki, o, sosial şəbəkələr vasitəsilə qarovulda olan şəxsi heyətin sayını, silah-sursat, onlarda xidmət qaydası barədə dövlət və xidmət sirri təşkil edən məlumatları  pul müqabilində xarici kəşfiyyatla bölüşüb.

Ermənistan MTN-nin istintaq şöbəsində başlanmış cinayət işi çərçivəsində əsgər E.A həbs edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir./Unikal/

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv