!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni terrorizmi” termini ilk dəfə ABŞ Dövlət Departametinin hesabatında işlədilib” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Dövlət Departamentinin o xəbərdarlığını siyasiləşdirməyə ehtiyac yoxdur”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ Dövlət Departamentinin Azərbaycanı səfər etmək üçün riskli ölkələr sırasına daxil etməsini dəyərləndirən Rusiyalı politoloq, Konstruktiv Siyasət Fondunun direktoru Əbdül Nağıyev deyib.

Politoloq bildirib ki, Dövlət Departamentinin həmin hesabatında Azərbaycanla bağlı məqamı erməni terroru təhdidinin artması kontekstində qiymətləndirmək daha doğru olardı:

“Bu gün erməni millətçiliyinin ideoloji əsasını təşkil edən transmilli terrorizm və milli ekstremizm dərin elmi tədqiqat predmetinə çevrilib. Azərbaycan ərazilərinin iyirmi faizinin erməni işğalı altında olduğunu və cəbhə xəttində gərginliyin azalmadığını, həmçinin Azərbaycana qarşı erməni terrorizminin tarixini nəzərə alsaq, o halda ABŞ Dövlət Departamentinin terrorla bağlı narahatlığının əsassız olmadığını görərik.

SSRİ-nin süqutundan sonra müstəqillik qazanan Ermənistan terrorçuluğu dövlət səviyyəsində himayə etməklə, bu fəaliyyəti özünün işğalçılıq siyasətinin əsas vasitəsinə çevirib.

Çoxsaylı faktlar və məhkəmə materialları təsdiqləyir ki, Azərbaycanın dinc əhalisinə qarşı Ermənistan tərəfindən maliyyələşdirilən, nəqliyyat vasitələrində, təhsil müəssisələrində, müxtəlif məkanlarda gerçəkləşdirilən terror aktları da məhz bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.

Erməni terrorizmi – ideoloji əsasda Azərbaycan əleyhinə yönəldilmiş sistemli cinayətkar fəaliyyətdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistan tərəfindən dəfələrlə terror hücumuna məruz qalıb, bu istiqamətdə təhdidlər indi də eşidilməkdədir.

Ola bilər, ABŞ xüsusi xidmət orqanları Azərbaycana qarşı yeni terror hücumları hazırlanmasından xəbər tutub və Dövlət Departamenti də bununla bağlı narahatlığını bildirib”.

Ə.Nağıyev “Erməni terrorizmi” terminindən ilk dəfə ABŞ Dövlət Departamentinin hesabatında istifadə edildiyini bildirib:

“Erməni terrorizmi” termini ilk dəfə ABŞ Dövlət Departamentinin aylıq hesabatları silsiləsində 1982-ci ilin aprelində işlədilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) 2013-cü ildə informasiya azadlığı haqqında qanuna əsaslanaraq, özünün 1984-cü ildə hazırladığı erməni terror qruplaşmalarına dair hesabatını açıqlayıb.

Həmin hesabatda erməni terror qruplaşmaları haqqında ətraflı məlumat verilib və onların ABŞ-ın siyasi maraqlarına qarşı yönəlmiş fəaliyyətlərindən geniş bəhs edilib. Sənəddə həmçinin erməni terrorçularının o dövrdə Livan və Suriya ilə qurduqları geniş əlaqələrdən narahatlıq da ifadə olunub”.

Politoloq Dövlət Departamentinin məlum xəbərdarlığını Bakı-Vaşinqton münasibətlərindəki gərginliyin təzahürü kimi qiymətləndirməyib:

“Dövlət Departamentinin o xəbərdarlığını siyasiləşdirməyə ehtiyac yoxdur. Ancaq müvafiq qurumların orada qeyd olunanları nəzərə alması lazımdır. Dövlət Departamenti indiyə kimi Azərbaycanı 4-cü kateqoriya ölkələrin, yəni səfər etməkdən çəkindirilən dövlətlərin sıyahısına salmayıb”.

www.yenicag.az

1837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv