!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni zabiti: “Şuşadakı həbsxana Ermənistandan olan məhbus hərbi qulluqçularla doludur”  

!Reklam – Yazi

Bir müddət əvvəl həbs edilən erməni ordusunun zabiti Ermənistanın müdafiə nazirinə günahsız olduğu ilə bağlı açıq məktubla müraciət edib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, leytenant Aram Ağayan məktubunda bildirib ki, 2015-ci ilin sentyabrın 8-i saat 02:50 radələrində qarovul xidmətinə cəlb edilmiş hərbi qulluqçu Rudik Qriqoryan xidmət yerində olmadığına görə onun yatdığı kazarmadakı çarpayısından oyadarkən aralarında kiçik münaqişə baş verib.

O, bu hadisə ilə əlaqədar ona qurama cinayət işinin açıldığını və saxta məhkəmə qərarı ilə həbs edildiyini bəyan edib: “Şuşa həbsxanasında Ədliyyə Nazirliyinin nəzarətindən kənar qalan, daim Ermənistan vətəndaşları olan məhbus hərbi qulluqçular saxlanılır. Məhbuslar arasında Ermənistandan olan zabitlər də çoxluq təşkil edir. Müdafiə Nazirliyindən kimsə həm həbsxanada olarkən, həm də məhkəmə zamanı hərbi qulluqçu kimi taleyimlə maraqlanmayıb”.
O, eyni zamanda vurğulayıb ki, erməni ordusunda qanunsuzluq hökm sürür: “Hadisə 2015-ci il sentyabrın 8-də baş versə də, cinayət işi sentyabrın 19-da açılıb. İşi araşdıran müstəntiq cinayət baş verməmişdən əvvəl, yəni sentyabrın 2-də zərərçəkən tərəfdən izahat götürdüyünü qeyd edib”.

“Toplanmış materiallardan da bi işin qurama, saxta və sifarişli olduğu məlum olur” – deyən erməni zabit məktubunda erməni ordusunun rəhbərliyinin diqqətinə çatdırıb ki, yalnız sözdə “Ordu böyük bir ailədir” şüarını vurğulamaqla olmaz, gərək əməli tədbirlər görülsün: “Hazırda orduda hökm sürən vəziyyət çox pisdir və heç bir erməni ailəsinin ordudakı ailəyə bənzəməsini istəmirəm”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv