!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni zindanında səkkiz gün” kitabının təqdimatı keçirildi - İstanbulda

!Reklam – Yazi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci il fevralın 26-da ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım qurbanlarından biri olan Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirildi. Mərasim kitabı nəşr edən Beynəlxalq Humanitar Yardım Vəqfinin (İHH ) İstanbulun Fatih səmtindəki qərargahında baş tutub.

Yeniçağ.Az xəbər verir ki, Türkiyə və Azərbaycandan olan gənclərin qatıldığı təqdimat mərasimində çıxış edən “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva 1992-ci il fevralın 26-da erməni terrorçuları tərəfindən girov götürüldükdən sonra yaşadığı müsibətlərdən danışıb.

“İlk andan etibarən, ölüm gözümün önündən çəkilmədi. Məni ölmüş bilib, mənfi 10 dərəcə şaxtada erməni zindanının qarşısındakı zibilqabına atmışdılar. Təqribən 10 saatdan sonra ölmədiyim məlum olduqda, erməni terrorçularından biri paltarımdan tutub sürükləyərək zirzəmiyə tulladı. Mənə o zülmü yaşadanları insan adlandırmaq olmaz. Xocalımızın 613 şəhidi var, mən 614-cü şəhid olmaq istərdim”, – deyə Dürdanə Ağayeva bildirib.
Çıxışını bitirdikdən sonra “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva gənclər üçün kitabını imzalayıb.

“Erməni zindanında səkkiz gün” kitabını türk dilinə tərcümə edən dr. Mayis Əlizadə və ön söz müəllifi, Yeniçağ.az Analitik informasiya agentliyinin təsisçisi və baş redaktoru Aqil Ələsgər də təqdimat mərasimində iştirak ediblər.

Yeniçağ.Az

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv