Ermənilər prezident igamətgahı qarşısında aksiya keçirdilər
Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş əsgərlərin valideynləri yenidən prezident iqamətgahının qarşısında aksiya keçiriblər
Yenicag.az karabakhinfo-ya istinadən bildirir ki, aksiya iştirakçıları prezident Serj Sarkisyanın şəkillərini yerə ataraq tapdalayıb və yandırıblar. Aksiya iştirakçılarının prezident iqamətgahının nümayəndələri ilə görüş cəhdi nəticəsiz qalıb.
Aksiyada iştirak edən əsgər anaları bildiriblər ki, 4 il əvvəl yanvarın 27-də prezident sarayının qarşısında keçirilən aksiya zamanı prezident S. Sarkisyan cinayət işlərinin araşdırılmasının ədalətli aparılacağına və cinayətkarların cəzalandırılacağına söz verib. Lakin bu vaxtadək sözünü yerinə yetirməyi.
Prezidentin iqamətgahından çıxan İrəvanın baş keşişi Baqrat Srbazanın əsgər anaları ilə görüşərək onları sakitləşdirməyə çalışması da nəticəsiz qalıb. «Siz kim üçün dua edirsiniz? Eybəcər prezident üçünmü?», deyən əsgər anaları bu məsələdə kilsənin onlara dəstək verməməsindən şikayətləniblər.