Ermənilər Tərtərə mərmi yağdırdı-Foto

media-hightechnic-468x90

88821Bu gün səhər saatlarından başlayaraq ermənilər Tərtərin 300 metrliyində yerləşən mövqelərindən Qapanlı kəndini yüngül artilleriya silahlarından atəşə tutublar.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, kənd fasilələrlə təqribən yarım saat atəşə məruz qalıb. Atılan mərmilərdən ikisi kənd sakini İlqar Əsgərovun həyətyanı sahəsinə düşüb.

Gülləbaran zamanı bayıra çıxdığını deyən kənd sakini mərmilərdən birinin onun təqribən 8-9 metirliyində partladığını deyir.

“Səhər saat 7-də atışma başladı. Mən gəlib darvazadan çıxanda, mərmi həyətə düşdü. Qaz borusunu dağıtdı. İkinci mərmi də su çənini deşdi”, – deyə İlqar Əsgərov vurğulayıb.

Sakinlərin verdiyi məlumata görə, kənd ərazisinə təribən 7-8 mərmi düşüb. Erməni silahlı birləşmələri yaşayış evləriylə yanaşı kənd qəbristanlığını da atəşə məruz qoyub.

Partlayış nəticəsində qəbirlərə ziyan dəyib.

Ermənistanın təxribatının qarşısı Milli Ordunun əsgərləri tərəfindən alınıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600