Ermənilərin növbəti hədəfi Rusiyadır

media-hightechnic-468x90

78092Ermənilər təkcə Azərbaycanın deyil, başqa ölkələrin də maddi və mənəvi irsini oğurlamaqda davam edir.

Ermənilər bu dəfə Sibir xalqlarının mətbəxinə aid pelmenini özəlləşdiriblər.

Belə ki, erməni mətbuatı fəxrlə “Армянские пелымени” adlı məhsulun Rusiyada satış rekordu vurduğu barədə məlumat yayıblar. Adından da göründüyü kimi məşhur pelmenini ermənilər öz milli məhsulu kimi təqdim ediblər. Əmtəənin üzərində pelmeninin erməni usulu ilə hazırlanması barədə hər hansı bir qeyd belə yoxdur.

Görünür ruslar ermənilərin təbiətinə bələd olmadığından “Армянские пелымени”ni pul verib almaqda davam edirlər.

Ukrayna ilə Rusiyanın arasında münasibətlərin pisləşməsindən maksimum istifadə edən ermənilər “Армянские пелымени”ni rus bazarında asanlıqla satması ilə fəxr edirlər. İndiyə kimi Rusiya bazarının bu seqmentində Ukraynada istehsal olunan pelmeni dominantlıq edirdi.

Görünür Azərbaycanın milli mətbəxinə aid çoxlu yeməkləri öz adına çıxarmağa çalışan ermənilər bununla kifayətlənməyib Sibir xalqlarının mətbəxinə də kirli əllərini uzadıblar.

Maraqlıdır ki, Azərbaycana məxsus dolmanı heç cürə başqa dillərə tərcümə edə bilməyən ermənilər pelmeni sözünün mənasını da öz dillərində verə bilmirlər.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600