Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimi keçirilir

media-hightechnic-468x90

Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir.

Yenicag.az Azvision.az-a istinadən xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov AzVision.az-a bildirib ki, səhər saatlarında Zəhranın və nənəsinin məzarı ziyarət edilib:

“İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib”.

Xatırladaq ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Yenicag.az 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600