!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ABŞ-nin ətəyindən YAPIŞIR: “Regional gərginliyin artması qaçılmaz olacaq”

!Reklam – Yazi

“Birləşmiş Ştatlarda yeni administrasiya formalaşır. Donald Trampın komandası 20 yanvar tarixindən etibarən hakimiyyəti rəsmi olaraq təhvil alacaq. Bu dəyişiklik yalnız Cənubi Qafqaz və postsovet məkanı üçün deyil, eləcə də bütün dünya üçün önəmli bir mərhələdir. Trampa böyük ümidlər bəslənir ki, o, müharibələri dayandıracaq və ya öz yanaşması ilə qlobal sülhə töhfə verəcəkdir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi Bu gün Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması fonunda baş verən prosesləri müzakirə edib.

İ. Hüseynov əlavə edib ki, Azərbaycan Bayden dövründə ABŞ-nin ermənipərəst siyasətini müşahidə edib:

“Bu siyasət hələ də davam edir və sanki Vaşinqton İrəvana dəstəyini sona qədər təmin etmək xəttini seçib. Bu müddətdə strateji tərəfdaşlıq və hərbi əməkdaşlıq sahəsində müxtəlif sənədlər imzalanır və görüşlər keçirilir. Bu, Cənubi Qafqazda təhlükəsizliklə bağlı narahatlıqları artırmaqla yanaşı, Ermənistan üçün əlverişli şərtlər formalaşdırır”.

Analitikin fikrincə, yeni administrasiyadan gözləntilər böyükdür:

“Yeni ABŞ rəhbərliyinin Azərbaycanın gücünü, strateji imkanlarını və Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolu qiymətləndirəcəyi gözlənilir. ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi tarixi yola nəzər salaraq, Ermənistanla imzalanmış bəzi sənədləri ləğv etməsi ehtimalı da yüksəkdir. Əgər yeni rəhbərlik Azərbaycanla əməkdaşlıqda maraqlı olarsa, bu, regional sülhə böyük töhfə verəcəkdir. Çünki Azərbaycanın yanaşması təhlükəsizlik və əməkdaşlıq prinsiplərinə əsaslanır. Trampın xarici siyasət baxışları ilə Azərbaycanın mövqeləri üst-üstə düşdüyü üçün bu praqmatik yanaşma regional sabitliyi gücləndirə bilər”.

“Əks halda, Ermənistanın Rusiyanın geosiyasi maraqlarına qarşı fəaliyyətləri çərçivəsində regional gərginliyin artması qaçılmaz olacaq. Belə bir təhlükə fonunda Azərbaycan riskləri nəzərə alaraq, 2025-ci il üçün dövlət büdcəsindən 8 milyard manatdan artıq vəsaiti hərbi və təhlükəsizlik xərclərinə ayırıb. Müasir silahların alınması, sərhədlərin qorunması və yeni geosiyasi reallıqların müdafiəsi Azərbaycan üçün prioritet təşkil edir. Yeni reallıqların qorunması və möhkəmləndirilməsi ölkənin strateji məqsədləri sırasında ön plandadır. ABŞ-nin yeni administrasiyası bu həssas dövrdə regional təhlükəsizliyi gücləndirmək üçün doğru addımlar atmalıdır. Əks halda, bölgədə təhlükəsizlik təhdidlərinin artması qaçılmaz olacaqdır”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv