Ermənistan Azərbaycana hansı məhsulları ixrac edəcək?

media-hightechnic-468x90

İrəvan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa xammalı, ferromolibden, ev heyvanları, brendi xammalı, siqaret və tekstil məhsullarının ixracı imkanları ilə bağlı danışıqlar aparırlar.

media-banner_tkm


Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan açıqlayıb. 

Onun sözlərinə görə, müəyyən məhsulların idxalına maraq göstərən Azərbaycan şirkətləri də var: “Azərbaycan tərəfi maraqlandıqları müəyyən məhsulların siyahısını təqdim edib, ixrac edə biləcəyimiz miqdarı göndərmişik. Siyahımıza həmçinin güllər, istixana məhsulları: pomidor, bibər daxildir. Təxmini qiymət təklif etmişik”.

İqtisadiyyat naziri hələlik ilk ixracın tarixlərini dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycan şirkətləri razılığa gəldikdə baş tutacaq./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05