Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistan Azərbaycana qarşı təxribatları ilə yenidən GÜNDƏMDƏ: "Əgər hərbi əməliyyatlar başlasa,..."

“Ermənistan bu təxribatları ilə yenidən Azərbaycan ordusunun dəmir yumruğunu öz başında hiss etmək istəyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozması və bu yöndə baş verən prosesləri şərh edən “BİG Media” MMC-nin direktoru Emil Əkbərov deyib.

Ermənistanın son günlər Şuşada, Kəlbəcər və Tovuzda, Naxçıvan istiqamətində atəşkəsi pozması onların necə mənfur və heç bir razılaşmaya, beynəlxalq hüquqa məhəl qoyamayan ölkə olduğunu sübut edir:

“Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində bir neçə gün öncə bir hərbi quluqçumuz şəhid olub. Bu gün gecə saatlarında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində də 2 hərbi quluqçumuz yaralanıb. Ermənistan unutmasın ki, dəmir yumruq öz yerindədir. Görünür, Ermənistan bu təxribatları ilə yenidən Azərbaycan ordusunun dəmir yumruğunu öz başında hiss etmək istəyir. Ermənistanın bir neçə istiqamətdə atəşkəsi pozması ötən il imzalanan üçtərəflli 10 nayabr bəyanaməsinə ziddir. Yenə də Ermənistan hər zaman üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, təxribatlara əl atır. Təəssüf ki, Ermənistan ordusunun təxribatları beynəlxalq təşkilatlar tərəfindən görməməzlikdən gəlinir. Bu da bir daha Azərbaycana qarşı yürüdülən ikili münasibətin sübutudur. Biz bu ikili münasibəti 44 günlük Vətən müharibəsi zamanı da şahidi olduq. Əslində 30 il ərzində işğalçını dəstəkləyən beynəlxalq təşkilat və dövlətlərdən başqa addım gözləmək ağılsızlıq olardı”.

Emil Əkbərova görə, Ermənistan və onun havadarlar unutmasın ki, Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək gücünə malikdir:

“Düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcəkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüz təmin edərək, öz gücünü və qüdrətini nəyinki Ermənistana, bütün dünyaya sübut etdi. Ulu öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb. Yüksək döyüş qabiliyyətinə, ən müasir hərbi texnika, silah-sürsatla təmin edilən Azərbaycan ordusu bu gün 50 ən güclü orular sırasındadır. Ermənistan çox yox, 1 il öncə uğradığı biabırçı məğlubiyyətini unutmasa daha yaxşı olar. Çünki yenidən hərbi əməliyyatlar başlasa, Ermənistanın bir ölkə kimi varlığını şübhə altınadır”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində təxribat törətməyə davam edir. İyulun 28-i, saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Gülşən Şərif

www.yenicag.az

345
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100